
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Səkinə Fərzəliyeva, Culfa şəhər 3 nömrəli tam orta məktəbinin tarix müəllimi Firuzəxanım Hüseynbəyli çıxış edərək Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində respublikamızın qüdrətinin, xalqımızın rifahının artmasına xidmət edən tarixi işlər gördüyünü, mühüm nailiyyətlərə imza atdığı barədə ətraflı məlumat veriblər. Sonda məktəb şagirdləri tərəfindən şeirlər səsləndirilib, Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edilən film nümayiş olunub.