Culfa Rayon İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Culfa Rayon Təhsil Şöbəsi və Culfa Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa rayon Ərəzin kənd tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Uşaq hüquqları və vəzifələri” mövzusunda maarifləndirici seminar keçirilib.