Vətən müharibəsi şəhidi Feyzizadə Toğrulun anım günüdür

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpası məqsədilə 2020-ci il sentyabrın 27-də başlanan və tariximizə şanlı Qələbə ilə yazılan Vətən müharibəsində qəhrəmanlıq göstərmiş şəhidlərimizdən biri də Feyzizadə Toğrul İlqar oğludur. Toğrul Vətən müharibəsi zamanı Füzuli və Xocavənd rayonlarının düşmən işğalından azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında fəal iştirak etmiş, hərbi qulluqçu kimi üzərinə düşən vəzifəni şücaətlə yerinə yetirmişdir. O, 2020-ci il noyabrın 6-da Xocavənd rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Toğrul Feyzizadənin ikinci Qarabağ müharibəsi zamanı göstərdiyi xidmətlər yüksək qiymətləndirilmiş, o ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.