Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə 20 Yanvar Hüzn Günü ilə əlaqədar "20 Yanvar Milli Qürur və Hüzn Günü" adlı tədbir keçirilib

Tədbir Azərbaycan xalqının azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Çıxış edənlər qeyd ediblər ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet imperiyasının silahlı birləşmələri Bakıya, eləcə də respublikanın bir sıra rayonlarına yeridilib. Ağır hərbi texnika və müxtəlif növ silahlardan istifadə etməklə dinc əhaliyə qarşı amansız qırğın törədilib, çoxlu günahsız insan həlak olub.

Tədbirin sonunda məktəb şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər səsləndiriblər.