Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə maarifləndirici tədbir keçirilib

Yay mövsümündə su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə maarifləndirici tədbir təşkil olunub. Tədbirdə su anbarlarında, göllərdə, çaylarda, kanallarda, sututarlarında və digər su hövzələrində çimməyin yaratdığı təhlükələrdən bəhs edilib, təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyi iştirakçıların diqqətinə çatdırılıb. Həmçinin nəzarətsiz və təhlükəli hesab olunan su hövzələrinə daxil olmağın yolverilməz olduğu vurğulanıb.