
Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə Xanəgah kəndində səyyar vətəndaş qəbulu keçirilib.
Qəbulda icra hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Görüş zamanı kənd sakinlərinin sosial və infrastruktur sahəsində mövcud problemləri və ehtiyacları dinlənilib, onların həlli yolları müzakirə olunub. Qaldırılan məsələlərə Sara xanım tərəfindən qanunvericiliyə uyğun şəkildə izah və aidiyyəti qurumlara səsləndirilən fikirlərin araşdırılması üçün tapşırıq verilib.