Xanəgahda Anım Günü ilə bağlı tədbir keçirilib

Xanəgah Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə çıxış edənlər 27 Sentyabr – Anım Gününün xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazıldığını bildiriblər. Qeyd olunub ki, şəhidlərimizin əziz xatirəsinin yaşadılması və gələcək nəsillərə çatdırılması hər birimizin mənəvi borcudur.