Culfa Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı və Culfa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Qəhrəmanlarımızı tanıyaq" layihəsi çərçivəsində yeniyetmə və gənclərin iştirakı ilə 44 günlük Vətən müharibəsi şəhidi Quliyev Kənan Vaqif oğlunun ailəsi ziyarət edilib. Görüş zamanı şəhidimizin keçdiyi şərəfli ömür və döyüş yolundan, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq və fədakarlıq nümunələrindən bəhs olunub. Bil...
Ətraflı
Hər bir xalqın tarixində onun milli şüurunun formalaşmasına, mənəvi inkişafına və gələcəyə inamla addımlamasına təkan verən hadisələr vardır. Azərbaycan xalqı üçün belə əlamətdar tarixlərdən biri də 22 iyuldur. Məhz bu gün, 1875-ci ildə Həsən bəy Zərdabinin böyük fədakarlığı nəticəsində Azərbaycan dilində ilk qəzet – "Əkinçi" işıq üzü gördü. Bununla da milli mətbuatımızın əsası qoyuldu və xalqın maariflənməsi yolunda yeni bir səhifə açıldı. O dövrdə cəmiyyət savadsızlığın, ge...
Ətraflı
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı ölümsüzləşən qəhramanlardan biri kimi adını tarixə yazdıran Quliyev Vəli Kamal oğlu 20 iyul 1997-ci ildə Culfa rayon Qazançı kəndində anadan olmuşdur. Şəhidimizin doğum günü münasibətilə Naxçıvan şəhərində uyuduğu məzarı başında keçirilən anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini - Müharibə iştirakçıları və şəhid ailələri ilə i...
Ətraflı
23 iyul 2026-cı il tarixində saat 11:00-da Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri general-mayor Şahin Mirzəyev tərəfindən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Culfa rayon sakinlərinin qəbulu aparılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı 22 iyul 2026-cı il tarixində saat 11:00-dan etibarən Culfa rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək. Qəbulda və qeydiyyatda iştirak edəcək vətəndaşların şəxsi...
Ətraflı
Yağan intensiv yağışlardan sonra Culfa rayonunun Camaldın kəndində kənddaxili yollarda yaranan problemlərin aradan qaldırılması məqsədilə müvafiq tədbirlər görülüb. Belə ki, Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə əraziyə xüsusi texnika cəlb olunaraq, yolun hamarlanması işləri həyata keçirilib. Görülən işlər nəticəsində yolun hərəkət üçün yararlı vəziyyətə gətirilməsi təmin olunub, avtomobillərin təhlükəsiz hərəkəti, eləcə də sakinlərin rahat gediş-gəlişi üçün əlv...
Ətraflı