Yay aylarında yaşıllıqların qorunması məqsədilə Culfa rayonunda növbəti iməcilik aksiyası keçirilib

Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən yaşıllıq sahələrində növbəti iməcilik aksiyası təşkil olunub. Aksiya çərçivəsində ərazidə təmizlik işləri aparılıb, ağac və kolların suvarılması təmin edilib. Qızmar yay günlərində yaşıllıqların qurumasının qarşısının alınması məqsədilə aparılan suvarma işləri diqqət mərkəzində olub. Aksiyada Culfa Rayon İcra Hakimiyyətinin, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin əməkdaşları, kənd icra nümayəndəlikləri iştirak ediblər.