
Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxışlar edənlər 27 Sentyabr – Anım Gününün xalqımız üçün mənəvi əhəmiyyətindən bəhs ediblər. Tədbirdən sonra Anım Günü ilə əlaqədar şəhidlərin məzarları ətrafında təmizlik və abadlıq işləri aparılıb, məzarların ətrafına gül kolları əkilib.