
Yay mövsümündə su hövzələrində baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədilə Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə maarifləndirici görüş təşkil olunub. Görüşdə sakinlərlə su təhlükəsizliyi qaydaları ətrafında söhbət aparılıb, su anbarları, göllər, çaylar, kanallar, sututarları və digər nəzarətsiz su hövzələrində çimməyin insan həyatı üçün ciddi risklər yaratdığı diqqətə çatdırılıb.