
Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yaycı kəndində yeni istifadəyə verilmiş mərasim evində anım tədbiri keçirilib. Tədbir çərçivəsində Ulu Öndərin əziz xatirəsinə ehsan süfrəsi təşkil olunub. Tədbirdə çıxış edən Məhəmməd Nəcəfov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin inkişafı və müasir müstəqil Azərbaycanın formalaşmasında misilsiz xidmətlərini bir daha xatırladaraq, onun siyasi irsinin bu gün də bütün sahələrdə yol göstərən əsas ideya mənbəyi olduğunu vurğulayıb.