
Yaycı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin təşəbbüsü ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər Vətən müharibəsində əldə edilən qələbənin ordu-xalq birliyinin, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olduğunu qeyd ediblər.