"Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmaları və onların profilaktikası" mövzusunda maarifləndirici tədbir keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Naxçıvan Muxtar Respublikası Prokurorluğunun təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının da iştirakı ilə "Yetkinlik yaşına çatmayanlar və ailə münasibətləri əleyhinə olan hüquqpozmaları və onların profilaktikası" mövzusunda maarifləndirici tədbir keçirilib.