
Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə Zəfər Günü münasibətilə tədbir keçirilib. Tədbirdə şəhid ailələri, qazilər, məktəb kollektivi cə şagirdlər iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbədən, Azərbaycan Ordusunun qəhrəmanlığından və xalqın birliyindən danışıblar. Sonda şagirdlər tərəfindən Vətənpərvərlik mövzusunda şeirlər, mahnılar və səhnəciklər nümayiş olunub.