Zəfər Gününün 5 ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə 8 Noyabr - Zəfər Gününün 5 ci ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə çıxış edənlər ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış Zəfər Günü barədə şagirdlərə ətraflı məlumat veriblər. Sonda Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.