Zəfər gününün beşinci ildönümündə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

Culfa Rayon İcra Hakimiyyəti və Culfa Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə şagirdlər arasında 8 Noyabr Zəfər gününün beşinci ildönümündə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Müsabiqədə iştirak edən şagirdlər müxtəlif janrlarda çəkdikləri rəsmlərlə Vətənə olan sevgilərini və Qarabağın gözəlliklərini təsvir ediblər. Fərqlənən şagirdlər təşkilatçılar tərəfindən diplom və təşəkkürnamə ilə təltif olunublar.