Beynəlxalq Əmək Təşkilatı tərəfindən təsis edilən bu gün, dünya ictimaiyyətinin diqqətini uşaq əməyinin yaratdığı problemlərə yönəltmək məqsədi daşıyır. Hər bir uşaq təhlükəsiz mühitdə böyümək, təhsil almaq, sağlam inkişaf etmək və uşaqlığını yaşamaq hüququna malikdir. Uşaq əməyinin istismarı isə bu hüquqların pozulmasına səbəb olur və onların gələcək imkanlarını məhdudlaşdırır. Gəlin uşaqların hüquqlarını qoruyaq və onlara daha təhlükəsiz, sağlam və xoşbəxt gələcək bəxş edək...
Ətraflı
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə tapşırıq və tövsiyələrinə uyğun olaraq, Culfa Rayon İcra Hakimiyyəti başçının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynovanın iştirakı ilə Xanəgah kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir. Qəbul zamanı kənd sakinlərinin müraciətlərinin bir qisminə qanunvericiliyə uyğun izah ve...
Ətraflı
11 iyun 1997-ci ildə xidmət etdiyi Şahbuz rayonunun Salvartı yüksəkliyində düşmən hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalan Camaldın kəndinin igid oğlu Məsum Əhmədovun anım günü münasibətilə məzarı ziyarət olunub. Anım tədbirində Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, Culfa Rayon Polis Şöbəsinin rəisi Namiq Həsənov, rayon icra hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin Culfa ray...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquq və azadlıqlarının təminatı və hüquqi dövlət quruculuğunda onun rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Culfa Rayon Prokurorluğunun əməkdaşı, kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak ediblər. Çıxış edənlər insan hüquq və azadlıqlarının qorunmasının əhəmiyyəti, hüquqi dövlət quruculuğunda bu sahənin rolu, eləcə də vətəndaş hüquqla...
Ətraflı
"Şəhərsalma və Memarlıq ili" çərçivəsində Culfa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda növbəti iməciliklər keçirilib. Aksiya zamanı yaşıllıqlara aqrotexniki qulluq göstərilib, qurumuş ağac budaqları kəsilib, ərazilər kol-kosdan təmizlənib, su arxları təmizlənib və suvarma ișləri aparılıb....
Ətraflı