Türkiyənin Qars, İğdır və yaxın bölgələrdə qeyri-qanuni yaşayan həmvətənlərimizə sənədləşdirmə işlərində yardım göstərmək məqsədilə yaradılmış İşçi Qrupu 21, 22 və 23 noyabr tarixlərində Qars şəhərində yerləşən Baş Konsulluğumuzun binasında (Yusif Paşa məhəlləsi, Heydər Əliyev prospekti, No: 32/B, 36100 Qars) vətəndaşların qəbulunu həyata keçirəcəkdir. Qəbul saatları: 10:00–18:00. Bildiririk ki, göstərilən tarixlərdə İğdır şəhərindən vətəndaşlarımızın qəbul məntəqəsinə rahat ...
Ətraflı
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Culfa Rayon İcra Hakimiyyəti ilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin birgə təşkilatçılığı ilə maarifləndirici tədbir təşkil olunub. “Ətraf mühitin qorunması hər bir şəxsin borcudur” və “Hər bir kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır” mövzularını əhatə edən tədbirdə Culfa Rayon Prokurorluğunun əməkdaşı, müxtəlif idarə, müəssisə və təşkilatları...
Ətraflı
Culfa Rayon İcra Hakimiyyəti, Culfa Rayon Təhsil Şöbəsi və Culfa Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Culfa şəhər 2 nömrəli tam orta məktəbdə 20 Noyabr - Ümumdünya Uşaq Hüquqları Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə məktəbin müəllim kollektivi və şagirdlər iştirak ediblər. Çıxış edənlər BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətindən və uşaqların hüquqi maarifləndirilməsinin vacibliyindən danışıblar....
Ətraflı
Azərbaycan tarixinə Vətən müharibəsi kimi yazılan İkinci Qarabağ müharibəsində qazandığımız möhtəşəm qələbə, Şanlı Ordumuzun gücünü bütün dünyaya nümayiş etdirdi. Xalqımıza bu qürurverici qələbəni yaşadan qəhrəmanlarımızdan biri də Nəcəfov Yaqub Məhəmməd oğludur. Yaqub Cəbrayıl, Füzuli, Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, 9 noyabr 2020-ci ildə Şuşa şəhəri uğrunda gedən savaşda şəhadətə yüksəlib. Şəhidimizin anım günü münasibətilə Culfa Rayon Mədəniyyət...
Ətraflı
Bu gün Azərbaycan xalqının yaddaşında milli iradənin, azadlıq mübarizəsinin başlanğıcı kimi əbədi iz qoymuş gündür. 1988-ci il noyabrın 17-də Azadlıq Meydanında başlayan kütləvi etirazlar, xalqın sovet rejiminə qarşı səsi, eyni zamanda milli kimliyə, vətənə, dövlətə bağlılığın nümayişi idi. Bu tarixi gün təkcə Qarabağla bağlı ədalətsizliyə etiraz deyildi, həm də xalqımızın azad və müstəqil yaşamaq istəyinin açıq ifadəsi idi. O mitinqlər Azərbaycanın müstəqilliyə gedən yolunda...
Ətraflı